Avtomobillərin ömrünü uzatmaq üçün düzgün perodik xidmətlər yerinə yetirilməlidir. Bu xidmətlərin içində mayelərin xususi rolu var. Son 40 ilə diqqət edin, avtomobillərdə demək olar ki, hər şey dəyişib siz bunu mühərrikdən tutmuş işiqlandırmaya qədər görə bilərsiniz.
Bəs yağlar necə inkişaf etməyib?
Yağların avtomobilin qorunmasındakı yeri çox önemlidir. Müasir avtomobillərin daha dəqiq işləməsi və eyni zamanda bu dəqiqliyi əldə etmək üçün maşınların periodik xidmətlərə həssasiyyəti artmışdır.
Düzgün seçilməyən yağ hətta təzə avtomobili belə tez sıradan çıxarır. “Bir dəfə səhv eləmişəm bir şey olmaz” kimi fikirlər artıq müasir avtomobillərdə keçərli deyil. Səhv seçilən yağların nəticələri çox qısa vaxtda özünü göstərir.
Adətən sürücülər hətta illərlə avtomobil sürsələrdə avtomobillərinə gedən yağı bilmir. Bundan sonra isə problemlər və maddi zərərlər başlayır. Biz yağlarla bağlı daha cox məlumatlandırmaqla bu zərərləri aradan qaldırmağı hədəfləyirik.
Azərbaycanda bir çox yağ firması var. Onlar hamısı məhsullarını keyfiyyətindən danışır, reklam edir və satmağa çalışırlar. Amma bu saytın məqsədi MEGUİN şirkətinin məhsullarını təqdim etməkllə bərabər bir yağ istifadəsi mədəniyyəti formalaşdırmaq, eyni zamanda müştərinin problemlərini dinləməklə ona ən uyğun yağı seçməkdir.
Almaniyada 1847-ci ildən fəaliyyət göstərən MEGUİN şirkətində aldığım təlimlər eyni zamanda Almaniyada aldığım avtomobil təhsilini nəzərə alaraq sizin avtomobillə bağlı bütün problemlərin həllini tapacağıma ümid edirəm. Bu sahədə bizə mütamadi olaraq AlmaniyadanMEGUİN və LİQUİ MOLY mütəxəssisləri yardım edəcəkdir.
Ümid edirəm ki, avtomobilinizi qorumağı bizə tapşırarsınız.
Hörmətlə,
Şahin Göyləroğlu
Axtarış
Istədiyiniz məhsulu tapmaq üçün axtarış edin
You can add any HTML here (admin -> Theme Options -> Promo Popup). We suggest you create a static block and put it here using shortcode