Önəmli
AVTOMOBILIN QIŞA HAZIRLANMASI: STANDART YOXSA REALLIQ?
Avtomobillər də insan kimi müəyyən temperatur da “sağlam yaşaya” bilir. Adamlar üçün soyuq pis təsir edir, onları xəstə edir, bəzən kəskin soyuq öldürə də bilir.
Avtomobildə də bu belədir. Ona görə hava soyuyan kimi müxtəlif xəbərdarlıq yazıları yazılır. Bunların əksəriyyəti həqiqətdir(bəziləri sırf marketing xarakteri daşıyır) . Amma bir şey var ki bunlar standartdır. Yəni standarta görə avtomobili qoruyan, onu “isidən” mayelərdir. Mütəxəssizlər də bunları dəyişməyi məsləhət görür amma ki, bu ” sağlam maşınlara ” aiddir.
Təəssüf ki maddi imkan catışmamazlığından Azərbaycanda demək olar ki 70 faizdən çox maşın “sağlam deyil. Ona görə də yazılan qışa hazırlıq yazıları effektiv deyil. Bu hal da ən yaxşı yol individual yoldur.
Hər bir təcrübəli sürücü maşınında nə olduğunu bilir. O bilir ki, pis yağ töküb və uzun müddətdir dəyişmir. Belə halda soyuq hava mühərrik sistemini daha tez dağıda bilir (Adam da belədir, əgər xəstədirsə o soyuğa cıxsa ağırlaşar hətta ölə də bilər) Ya da sürücü bilirsə ki onun radiatoru tutulub, və ya bundan qabaq su ilə sürüb( yay da adətən belə edirlər) ya da pis antifreeze töküb sistemdə bulanıqlıq hiss edir. Belə halda sürücü təzə antfreeze töksə belə burdan xeyir tapmayacaq. Cünki pas və digər bulaniqlıq soyuq havada daha da dərinləşib sistemi sıradan çıxardacaq.
Belə desək əgər avtomobil sağlamdırsa onda standartla getməlidir.Yox əgər o “xəstədirsə” onda ona “əməliyyat” lazımdır( yəni yeni detal dəyişmək) Əgər xəsarət azdırsa onda avtomobilləri qışda “vitaminlər”lə də(mayelər üçün qatqılar) sağlamlaşdırmaq olar. Avtomobili “vitaminlərlə” və düzgün seçilmiş mayelərlə sağaltmaq daha ucuz başa gəlir. Amma bunu düzgün istifadə etmək lazımdır(çünki hər şey düzgün seçilməlidir). Əksəriyyət sürücü isə haqlı olaraq bunu bilmir, çünki bu onların işi deyil.
Avtomobiliniz sağlamdırmı? “Xəstəliyi” “əməliyyat”sız aradan qaldırmaq olarmı? Ona hansı mayelər və ya “vitaminlər” lazımdır ?Avtomobilin xərcləri nə ola bilər və ya nə qədər resursu qalıb? . Bu və ya buna bənzər suallarınıza cavab vermək üçün Biz Meguin Azərbaycan və mashinbazarı.com olaraq hər zaman yanınızdayıq.
Gəlin avtomobilinizi bərabər qoruyaq, avtomobiliniz hər zaman “sağlam” qalsın!
Şərh yaz