Önəmli
AVTOMOBILIN QIŞA HAZIRLANMASI: STANDART YOXSA REALLIQ?
Avtomobillər də insan kimi müəyyən temperatur da “sağlam yaşaya” bilir. Adamlar üçün soyuq pis təsir edir, onları xəstə edir, bəzən kəskin soyuq öldürə də bilir.
Avtomobildə də bu belədir. Ona görə hava soyuyan kimi müxtəlif xəbərdarlıq yazıları yazılır. Bunların əksəriyyəti həqiqətdir(bəziləri sırf marketing xarakteri daşıyır) . Amma bir şey var ki bunlar standartdır. Yəni standarta görə avtomobili qoruyan, onu “isidən” mayelərdir. Mütəxəssizlər də bunları dəyişməyi məsləhət görür amma ki, bu ” sağlam maşınlara ” aiddir.
Təəssüf ki maddi imkan catışmamazlığından Azərbaycanda demək olar ki 70 faizdən çox maşın “sağlam deyil. Ona görə də yazılan qışa hazırlıq yazıları effektiv deyil. Bu hal da ən yaxşı yol individual yoldur.
Hər bir təcrübəli sürücü maşınında nə olduğunu bilir. O bilir ki, pis yağ töküb və uzun müddətdir dəyişmir. Belə halda soyuq hava mühərrik sistemini daha tez dağıda bilir (Adam da belədir, əgər xəstədirsə o soyuğa cıxsa ağırlaşar hətta ölə də bilər) Ya da sürücü bilirsə ki onun radiatoru tutulub, və ya bundan qabaq su ilə sürüb( yay da adətən belə edirlər) ya da pis antifreeze töküb sistemdə bulanıqlıq hiss edir. Belə halda sürücü təzə antfreeze töksə belə burdan xeyir tapmayacaq. Cünki pas və digər bulaniqlıq soyuq havada daha da dərinləşib sistemi sıradan çıxardacaq.
Belə desək əgər avtomobil sağlamdırsa onda standartla getməlidir.Yox əgər o “xəstədirsə” onda ona “əməliyyat” lazımdır( yəni yeni detal dəyişmək) Əgər xəsarət azdırsa onda avtomobilləri qışda “vitaminlər”lə də(mayelər üçün qatqılar) sağlamlaşdırmaq olar. Avtomobili “vitaminlərlə” və düzgün seçilmiş mayelərlə sağaltmaq daha ucuz başa gəlir. Amma bunu düzgün istifadə etmək lazımdır(çünki hər şey düzgün seçilməlidir). Əksəriyyət sürücü isə haqlı olaraq bunu bilmir, çünki bu onların işi deyil.
Avtomobiliniz sağlamdırmı? “Xəstəliyi” “əməliyyat”sız aradan qaldırmaq olarmı? Ona hansı mayelər və ya “vitaminlər” lazımdır ?Avtomobilin xərcləri nə ola bilər və ya nə qədər resursu qalıb? . Bu və ya buna bənzər suallarınıza cavab vermək üçün Biz Meguin Azərbaycan və mashinbazarı.com olaraq hər zaman yanınızdayıq.
Gəlin avtomobilinizi bərabər qoruyaq, avtomobiliniz hər zaman “sağlam” qalsın!
Önəmli
YAPON MÜHƏRRİKİNƏ UYĞUN YAĞ ALMAN MÜHƏRRİKİNİ DAĞIDA BİLİR
Hörmətli oxucularımız,
Önəmli
MÜHƏRRİK ÇOX YANACAQ İŞLƏDİR? EHTİYATLI OLUN DAĞILA BİLƏR
Azərbaycandakı avtomobillərin çoxu köhnədir. Ona görə bu hal çox rastlanır
Beləki , avtomobil birdən birə çox yanacaq istifadə etməyə başlayır.Bu halda nasazlıqlarlar: elektronik, yanacaq sistemindən, yanma kamerasından , yüklənmədən, istifadə qaydasından və sair mühərriklə bağlı səbəblərdən ola bilər.
İstənilən halda yanacağın normadan çox islətməsi bir xətadır. Əgər avtomobildə belə hal olarsa onda diqqətli olun çunki mühərrik dağıla bilər.
Səbəb odur ki itkiyə gedən yanacaq bəzən yağ ilə qarışır və bunu sürücü hiss etmir bir müddətdən sonra(bu 2 saatda da ola bilər 1 ayda da ola bilər) yağdakı özüllülük(viskozluq) itir nəticədə mühərrik dağılır.
Hətta qarışım az olsa belə yağ qismən keyfiyyətini itirir və bu halda aşınma sürətlənir və bir müddətdən sonra çox yanacaq istifadə edən maşının matorundan səs gəlir.
Belə hallar olarsa yağa diqqət edin və qulağınız da mühərrikdə olsun səs artıra o dəq avtomobili saxlayın çünki dağılmaq üzrədir.
Hörmətli istifadəçilər yağla bağlı sualınız olarsa Meguin Azerbaijan olaraq xidmətinizdəyik. Suallarınızı mashinbazari.com saytından Ustaya sual bölməsindən verə bilərsiniz.
Önəmli
SATIŞ ƏXLAQI VƏ MÜŞTƏRİ MƏMNUNİYYƏTİ
Hörmətli istifadəçilər!
Azərbaycanda 200 -ə yaxın yağ var, əlbətdə hamı da tərifləyəcək malını. Amma bu 200 yağın hamısı yaxşı ola bilməz axı. Hətta müəyyən bir standarta sahib olsalar belə bunlar nisbətdə yenə də yaxşı pisə bölünəcək.
Amma alıcı( maşın sahibi) yalnız 1 şeyi istəyir avtomobilini qoruya bilsin. Ya da hec olmasa problemi bilsin və onun həlli yolunu tapsin.
Belə halda əgər satıcı sadəcə malını satırsa və hər nə olursa olsun malını tərifləyirsə, o zaman burda ticarət əxlaqı pozulur. Halallıq itir və satıcı öz inamını itirir.
Halbuki əsas məqsəd mümkün qədər avtomobili qorumaq və alıcıya bu yöndə şəarit yaratmaq onu məlumatlandırmaq lazımdır. Yalnız belə olan halda bir xidmət əxlaqı formalaşa bilər və 2 tərəf də razı qalar.
Meguin Azərbaycan nümayəndəliyinin də əsas məqsədi 1 ci növbədə sizin avtomobili qorumaqdır.
Bu haqda sizi məlumatlandırmaqdır( mashinbazari.com saytında usta bölümü var) . Əgər siz basqa bir yağ markasında istifadə edirsinizsə və bu avtomobili qorumaq üçün kifayətdirsə o zaman biz sizi
istifadə etdiyiniz məhsuldan ayirmayacağıq. Çünki bizim ümümi məqsədimiz sizin avtomobili qorumaqdır. Əgər siz bunu artıq düzgün edirsinizsə o zaman biz öz məqsədimizə çatmışıq deməkdir. Bu bizim iş fəlsəfəmizdir.
Şahin Göyləroğlu Qasımov
Önəmli
MEGUIN SERVICE AVTOMOBILI ARTIQ XİDMƏTİNİZDƏDİR-FOTO
Yağlar və yağlama sistemləri ilə bağlı sualınız var?
Avtomobilinizi tam yoxlatdırmaq istəyirsiniz?
Avtomobilinizi qorumaq və onu daha uzun müddət istismar etmək istəyirsiniz?
Qatqılar və onların iş prinspi haqqında məlumat almaq istəyirsiniz?
Əgər bu cür suallarınız varsa o zaman MEGUİN SERVİCE avtomobili artıq xidmətinizdədir.
Demək olar ki, bütün avtomobillər uzun ömürlü olur. Bunların tez xarab olmasına səbəb avtomobili səhv istismar etməkdir. Belə ki, səhv seçilmiş yağ hətta bir dəfə səhv seçilsə belə mühərriki zədələyə bilir və ya onu tam dağıdır.Bu zaman xərclər inanılmaz çox olur.
MEGUİN SERVİCE avtomobili sizin maşını tam yoxlayaraq( Diaqnostika Hella,Bosch və Launch cihazları ilə aparılır) onun real vəziyyəti haqqında sizə məlumat verəcək və mütəxəssislərimiz avtomobili qorumaq, ömrünü uzatmaqla bağlı tövsiyyələrini verəcəklər. Beləliklə siz sürpriz xərclərdən uzaq olaraq avtomobilinizi qoruyaraq uzun müddət istismar edəcəksiniz!
MEGUİN SERVİCE avtomobilinin xidmətləri pulsuzdur( Bu Meguin yağları istifadəçiləri üçündür)
Avtomobilinizi yoxlatdırmaq və məsləhətlər almaq istəyirsinizsə o zaman İnfo@meguin.az emaillinə yazaraq bizə məlumat verin.
Önəmli
YAĞI DƏYİŞİRƏM AMMA KAROBKA DÜZƏLMİR, 3-4 CÜ ÖTÜRMƏDƏ NASAZLIQ VAR.
İSTİFADƏÇİMİZ MÜBARİZ ABBASOV BİZƏ BELƏ BİR SUAL VERİR
“Salam Aleykum . Məndə mersedes 1999. C200 . 2.2 CDİ avtomobilimin sürətlər qutusu avtomat tiptronikdir sürətlər qutusu qızandan sonra 3-dən 4-ə keçəndə avtomobil oborot verir və gecikir. Karopkanın yağını iki dəfə dəyişmişəm eyni hal olur. Nə etmək lazımdır mənə məsləhət verməyinizi xahiş edirəm. Təşəkkür edirəm.”
Bu sual demək olar ki, tez-tez təkrarlanır. Ona görə həm Mübariz bəyə ,həm də buna bənzər problemi olanlara qısa tövsiyə vermək istəyirəm.
Hörmətli istifadəçilər, yağın məqsədir qorumaqdır, yağ sürət qutusunun ömrünü uzada bilər( əgər düzgün istfadə edilsə)
Amma hər bir texnika kimi avtomobil də müəyyən dövrdəb bir təmirə ehtiyac duyur. Adətən bizdə karobka ya da mator tam dağılana qədər sürürlər və sonra səs və ya gecikmə olanda gedib yağ axatarirlar ki düzələcək. Bu belə deyil möcüzə gözləməyin və belə hallarda böş yerə yağa pul verməyin sürət qutusunu təmir edin. Peridodik təmir adətən 250000-300000 km( bu tezdə ola bilər burda sizin istifadəniz və qulluq önəmlidir) və ya 12 il araliqla edilməlidir(adətən təmir dəsti dəyisilir, friksion, lentlər,salniklər və digər təmir paketləri). Əgərə sizin avtomobil bu dövrdədirsə və sürət qutusunda nasazliq varsa məlumatınız olsun ki bu yağla düzəlməyək.
Önəmli
AVTOMAT SÜRƏT QUTUSU YAĞI ATF NƏ ZAMAN DƏYİŞİLMƏLİDİR? PROBLEMLƏR VƏ MƏSLƏHƏTLƏR
Avtomat sürət qutusu ilə bağlı çoxsaylı müraciətlər olur.Çox adam elə biir ki yağ 50 min km gedir,bəzisi isə yalnız karobkada problem olandan sonra yağı dəyişərək hər şeyi həll edəcəyini və möcüzə olanacağını və karobkanın yenidən tam təzə kimi işləyəcəyini zənn edir. Əlbətdə belə olmur və sürücü maddi mənəvi əziyyət çəkir.
Bu səbəbdən sürət qutusu yağı haqqında sizə video məsləhət çəkməyi qərara aldıq. Bu videoda edilən səhblərdən tutmuş yağın rənginə qədər bir çox məqamlara toxunmuşuq.
Önəmli
10w40, 5w40 ,5w30 NƏDİR? BUNLAR KEYFİYYƏTİ BİLDİRİRMİ?
Sürücülərdən soruşanda ki, hansı yağdan istifadə edirsən deyir ki məs 10w40 . Bu ən böyük səhvlərdən biridir. Çünki 10w40 sizə hec bir keyfiyyət vəd etmir. Bundan istifadə edən “ustalar” sizə ucuz olan 10w40 baha satmaq istəyirlər eyni zamanda sizi inandırmaq istəyirlər ki əsas məsələ bunun 10w40 olmasıdır.
Aldanmamaq, daha çox məlumatlı olmaq üçün videomuzu izləyə bilərsiniz. Ümid edirik ki, bu sizə daha da kömək edəcək.
Önəmli
YAĞLARDA API və ACEA NƏDİR? KEYFİYYƏT GÖSTƏRİCİSİDİRMİ?
Çoxları elə bilir ki,yağın klası və ya normativi onun keyfiyyət göstəricisidir. Bunlar haqqında müxtəlif videolar çəkilib və məqalələr yazılıb. Amma bu sanki hardansa oxunmuş və daha çox məlumat verilməyən videolardır və ya məqalələrdir. Belə olan halda bu istifadəçiləri çasdırır və bəzən “ustalar” məlumatsız müştərini bundan istifadə edərək aldadır. API- si yüksək ucuz yağ tapib onu bahali adı ilə müştəriyə sataraq məlumatsız müştəriyə ziyan vurur.
Umid edirik ki bu video da sizə APİ və ACEA klası haqqında fikirimizi çatdıra bildik.
Önəmli
NƏYƏ GÖRƏ MEGUİN İSTİFADƏ ETMƏLİYƏM?
NƏYƏ GÖRƏ MEGUİN İSTİFADƏ ETMƏLİYƏM
-
Almaniyanın ən qədim(1847) və yağ sahəsində ən təcrübəli şirkətidir
-
“Made in Germany” sözündən əlavə öz logosunda “Oil Of Germany” yazmağı Almaniyanın adının brend logosunda istifadəsi edilməsi, bu firmanın adı ilə yanaşı dövlətin adı və onun yağı olması göstərilməsi markaya olan inam və güvəndən irəli gəlir.Onun keyfiyyətini göstərir.
-
Meguin bir keyfiyyət etalonudur. Şirkətin özünə məxsus qatqı paketi mövcuddur. Bununla məhsullarını digər firmalara görə daha da keyfiyyətli edir.
-
Avropanın ən güclü laboratoriyasına sahib Meguin məhsulları demək olar ki bütün qabaqcıl avtomobil istehsalçıları ilə əməkdaşlıq edir və onların standartlarına sahibdir.
-
Texniki dəstək və müştəri məmnuniyyəti Meguin üçün ən vacib məsələlərdən biridir. İstər Almaniya istərsədə Azərbaycandakı texniki əməkdaşlar sizin yağla bağlı bütün suallarınıza cavab verir.
-
Bəzən mühərrikdə xətalar əmələ gələ bilər. Bu zaman yağ yetərsiz olur və ən keyfiyyətli yağla belə bunu bərpa etmək olmur. Bunun 2 yolu var: ya təmir, ya da Professional qatqılardan istifadə etmək. Bu qatqılar da Meguində mövcuddur. Texniki işçilərimiz avtomobilə baxaraq sizə ən uyğun qatqını verməklə avtomobilinizi yenidən düzəlməsinə kömək edəcək. Beləliklə təmirə ehtiyac qalmayacaqdır.