Önəmli
YAĞI DƏYİŞİRƏM AMMA KAROBKA DÜZƏLMİR, 3-4 CÜ ÖTÜRMƏDƏ NASAZLIQ VAR.
İSTİFADƏÇİMİZ MÜBARİZ ABBASOV BİZƏ BELƏ BİR SUAL VERİR
“Salam Aleykum . Məndə mersedes 1999. C200 . 2.2 CDİ avtomobilimin sürətlər qutusu avtomat tiptronikdir sürətlər qutusu qızandan sonra 3-dən 4-ə keçəndə avtomobil oborot verir və gecikir. Karopkanın yağını iki dəfə dəyişmişəm eyni hal olur. Nə etmək lazımdır mənə məsləhət verməyinizi xahiş edirəm. Təşəkkür edirəm.”
Bu sual demək olar ki, tez-tez təkrarlanır. Ona görə həm Mübariz bəyə ,həm də buna bənzər problemi olanlara qısa tövsiyə vermək istəyirəm.
Hörmətli istifadəçilər, yağın məqsədir qorumaqdır, yağ sürət qutusunun ömrünü uzada bilər( əgər düzgün istfadə edilsə)
Amma hər bir texnika kimi avtomobil də müəyyən dövrdəb bir təmirə ehtiyac duyur. Adətən bizdə karobka ya da mator tam dağılana qədər sürürlər və sonra səs və ya gecikmə olanda gedib yağ axatarirlar ki düzələcək. Bu belə deyil möcüzə gözləməyin və belə hallarda böş yerə yağa pul verməyin sürət qutusunu təmir edin. Peridodik təmir adətən 250000-300000 km( bu tezdə ola bilər burda sizin istifadəniz və qulluq önəmlidir) və ya 12 il araliqla edilməlidir(adətən təmir dəsti dəyisilir, friksion, lentlər,salniklər və digər təmir paketləri). Əgərə sizin avtomobil bu dövrdədirsə və sürət qutusunda nasazliq varsa məlumatınız olsun ki bu yağla düzəlməyək.
Şərh yaz