Önəmli
YAPON MÜHƏRRİKİNƏ UYĞUN YAĞ ALMAN MÜHƏRRİKİNİ DAĞIDA BİLİR
Hörmətli oxucularımız,
Mühərrik aşınmasında və dağılmasında əsas rollardan biri yağın özüllüyünün(viskozluq) az olmasıdır. Çox sürücü ele bilir ki , 0W30 5W30-dan Daha durudur. Əslində isə belə deyil. Əgər bu yağlar alman avtomobilləri üçün nəzərdə tutulubsa demək olar ki bir birinə bənzər viskozluğa sahib olacaq. Amma ola bilər ki 5w30 yapon avtomobli üçün olsun onda bu aşağı viskozlu olacaq. Yeni 5w30 alman maşını üçün və 5w30 yapon maşını üçün fərqli viskozluğa sahibdir.
PROBLEM HARADAN YARANIR?
ADƏTƏN ALICI VƏ SATICI SADƏCƏ 5w30 FİKİR VERİR. Halbuki bunlar yuxarıda qeyd etdiyim kimi fərqli yağlardır. Belə olan halda siz əgər yapon mühərrikinə uyğun olanı alman mühərrikinə töksəniz bu ciddi fəsad yaradacaq. Amma alman mühərriki üçün olanı yapon mühərrikinə töksəniz onda daha yaxşı nəticə ola bilər. Səbəbi avtomobilin Azərbaycanda istifadə edilməsidir. Belə ki həm yanacağın aşağı səviyyədə olması həm də mühərrkinin köhnə olması( xətalı işləməsi) mühərrik yağında viskozluğu aşağı salır və beləliklə onsuzda aşağı viskozlu yağ( yəni yapon maşınına uyğun olan)qısa zamanda suya(yəni viskozluğunu itirəcək) dönəcək və mühərrik aşınaraq dağılacaq.
Hörmətli bizi izləyən avtomobil sürücüləri xahiş edirik bu yağ alarkən bu məqama diqqət edəsiniz.
Yağla və ya avtomobillə bağlı suallarınız olarsa mashinbazari.com və ya meguin.az saytından bizə göndərə bilərsiniz.
6 Comments
Asif
Megiin 10/40 hardan ala bilerem. Ve qiymeti neceyedi. Mene 8 litr lazimdi
Şahin Qasımov
salam, bir cox yerden ala bilersiniz qiymeti 5 lt 46 azn 4 lt 40 azn 1 lt ise 10 azndir. size hara rahatdirsa en yaxin yeri size bildirim.
Abusət
salam manim maşınım kia optimadır 2009 model. Man bu yağlardan hansını tökə bilərəm?
orxan aliyev
salam mene 4 fara 2001 model ucun karobka yagi lazimdi. tiptronikdir karobka. hansi yagdan istifade etmeliyem ve qiymeti neceyedir mene 8 litr lazimdi. mene firmanin adresini ve ya ofisin adresini yazin ki birbasa sizden alim orginal olmaqina emin olum
Parviz
Salam. Men Honda avtomobilidi 5w 40 harda deyise bilerem. Neceye basa gelecek .
Samir
Salam, mən İnfiniti FX35-ə Meguin yağı tökmüşəm – 5W-30, yürüşü 78000 km-dir, amma mühərrikdə uğultu hiss edirəm. Dəyişməyim məsləhətdirmi, ya bu vəziyyətdə də qalsın?